Samir Rzayevdən açıqlama tələb edilir - ADLAR AÇIQLANSIN!

Bu gün, 10:07           
Samir Rzayevdən açıqlama tələb edilir - ADLAR AÇIQLANSIN!
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayevin KİV-ə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Gununsesi.info -nun xəbərinə görə ki, AZAL rəhbəri Heydər Əliyev Beynəlxalq Aeroportunda digər 40 aviaşirkətin müxtəlif istiqamətlər üzrə uçuşlar həyata keçirdiyini deyib:

“Bunların 15-i aşağı büdcəli aviaşirkətlərdir”.

Ancaq sosial şəbəkə istifadəçiləri Samir Rzayevin bu açıqlamasını səmimi hesab etməyiblər.

Onlar AZAL rəhbərinin həmin aviaşirkətlərin adlarını açıqlamamasını tənqid ediblər.

Məsələyə münasibət bildirən bəzi şəxslər Gürcüstanın hava nəqliyyatını Azərbaycana nümunə göstəriblər.

Bildirilib ki, Gürcüstan aeroportlarını dünyanın müxtəlif aviaşirkətlərinə açdığı üçün bu ölkədən bir çox istiqamətə uçuşlar daha ucuz başa gəlir. Onların fikrincə, Azərbaycanda isə bir qədər vəziyyət fərqlidir.

“Bu 15 aşağıbüdcəli aviaşirkəti görən olubmu?” — deyə vətəndaşlardan biri sual edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru