Azərbaycanda əhalinin sayı üzərindən yapılan bir miyon üç yüz iki min(1.302.000) nəfərlik "pripiska" ...

Bu gün, 10:18           
Azərbaycanda əhalinin sayı üzərindən yapılan bir miyon üç yüz iki min(1.302.000) nəfərlik   "pripiska" ...
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında ölkədə 6.332.000 seçici olduğu bildirilib.
Dövlət Statistika Komitəsi də 18 yaşına çatmamış Azərbaycan vətəndaşlarının sayı 2.634.000 nəfərdir deyir.
Yenə Dövlət Statistika Komitəsinə istinadən qeyd edim ki, ölkə vətəndaşlarının ümumi sayı 10.268.000 nəfərdir.
Verilən statistikadan aydın olur ki, ölkədə
əhalinin ümumi sayı 8.966.000 nəfərdir.
(2634000+6332000=89666000)
Bəs nədən ölkə vətəndaşlarının sayı 10.268.165 nəfər göstərilir?
Əgər bu rəqəm doğrudursa, bəs 1.302.000 vətəndaş hansı siyahıda yer alıb?
Kimsə iddia etməsin ki, onlar ölkədən mühacirət ediblər və ya iş üçün başqa dövlətlərə üz tutublar.
Belə olan halda, o şəxslər vətəndaşlıq almayanadək ölkə vətəndaşı hesab olunurlar və seçici siyahısında adlarının olması mütləqdir.
Yox, başqa ölkə vətəndaşlığını qəbul ediblərsə, o zaman vətəndaş siyahısından çıxmalı, ölkə vətəndaşı hesab olunmamalıdırlar.
Buna hansı dövlət qurumu aydınlıq gətirə bilər?
Bizim 1.302.000 vətəndaşımız kimin siyahısındadır???
P.S. Bu, sıradan bir statistik məlumat yanlışlığı deyil, bütün hesabatlar və rəqəmlər ölkə əhalisinin rəsmi sayına görə verilir...
İqbal Ağazadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru