Batan biznesi xilas etmək, yoxsa yeni biznes açmaq?

Bu gün, 15:24           
Batan biznesi xilas etmək, yoxsa yeni biznes açmaq?
Hazırda hər kəs öz biznesini qurmaq həvəsindədir. İnsanlar fikirləşdikcə ideayalar gəlir, investor axtarılır və ilk mərhələdə hər şey qaydasında görünür. Gözləntilər istənilən kimi olmadıqda həvəs bitir. Bu zaman ətrafdan belə fikirlər eşidirik: "Bu biznesi xilas edə bilməyəcəksən, yeni adla 0-dan başla".

Ümumiyyətlə, batan biznesi xilas etmək, yoxsa yeni biznes açmaq?

Valyuta.az-a danışan "Holberton School Azerbaijan"ın CEO-su, Biznesin inkişafı meneceri Şəmsi Bayramzadə bildirir ki, biznesdə yaşanan düşüşlərin hansı səbəbdən baş verdiyini düzgün analiz etmək ən vacib nöqtədir: "Bütün bizneslərin həyat dövründə yüksəliş və enişlər olur. Əsas məsələ dəyişikliklərin özü yox, həmin dəyişikliklərin səbəbləridir. Bir biznesi xilas edib-etməmək qərarı verilərkən, kimlərinsə fikirlərinə yox, məhz batma səbəblərinə baxmaq lazımdır”.

Ş.Bayramzadə deyir ki, əgər problemlər sahibkarın və ya komandanın idarə edə biləcəyi səbəblərdən qaynaqlanırsa, o zaman biznesi ayaqda saxlamaq üçün çalışmaq mümkündür. Əks halda isə vəziyyəti dəyişmək çox çətin olur: “Məsələn, bazarın kiçilməsi, müştəri davranışlarının dəyişməsi, qanunvericilikdə yeniliklər və buna bənzər faktorlar artıq köhnə modeli xilas etmək yox, yeni reallığa uyğunlaşmaq tələb edir. Belə vəziyyətlərdə əsas məsələ “batmaqdan qurtulmaq” deyil, yeni qaydalara adaptasiya olmaqdır. Adaptasiya prosesi çox vaxt yeni biznes qurmaqla eyni mənanı daşıyır. Buna görə o, biznesi xilas etməyin iki əsas yolu var: Birincisi, problemin səbəblərini araşdıraraq aradan qaldırmaq, ikincisi isə yeni qaydalara və bazar reallıqlarına uyğunlaşmaqdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru