İmtahan balları pul qarşılığında artırılır? - VİDEO
Bu gün, 10:18
“Qəbul ballarını artırırıq”, “magistr və və dövlət qulluğu imtahanlarına dəstək oluruq” kimi başlıqlarla sosial şəbəkələrdə paylaşımlar edilir. Maraqlanan şəxslərdən isə müəyyən məbləğdə pul tələb olunur.
Gununsesi.info xəbər verir ki, son günlər imtahanda zəif nəticə göstərən abituriyentləri hədəf alan bu cür dələduzluq halları yenidən gündəmə gəlib. Xüsusilə Tiktok və İnstaqram platformalarında paylaşımlar edən şəxslər müəyyən ödəniş qarşılığında imtahan ballarını artırdıqlarını iddia edirlər.
Onlar yalnız qəbul və buraxılış imtahanlarına deyil, həmçinin magistratura və dövlət qulluğu imtahanlarının nəticələrinə də müdaxilə edə bildiklərini bildirirlər.