Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - VİDEO

Bu gün, 10:24           
Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - VİDEO
İstehsalatda bədbəxt hadisələr nəticəsində əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Xezerxeber.az-ın məlumatına görə,

millət vəkili Vüqar Bayramov bildirib ki, Nazirlər Kabineti bununla bağlı qaydalardan birini təsdiqləyib, digərində isə dəyişiklik edib.

Dəyişikliklər əlillik dərəcəsinin daha şəffaf və konkret meyarlar əsasında müəyyən edilməsinə imkan yaradacaq. Yeni qaydalara əsasən, əlillik dərəcəsinin təyin olunması üçün xüsusi formuladan istifadə ediləcək.

Millət vəkili qeyd edib ki, yeni qaydalar proseslərin elektronlaşdırılmasını da nəzərdə tutur.

Deputat vurğulayıb ki, yeni mexanizmlərin tətbiqi istehsalat qəzaları zamanı əlillik dərəcəsinin daha operativ, şəffaf və vahid meyarlar əsasında müəyyənləşdirilməsinə imkan yaradacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru