Mehdiabadda ev alan sakinlər ŞİKAYƏT ETDİLƏR: "Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar" - VİDEO

Bu gün, 12:44           
Mehdiabadda ev alan sakinlər ŞİKAYƏT ETDİLƏR:
2021-ci ilin əvvəlində Abşeron rayonunun Mehdiabad qəsəbəsinin mərkəzində beşmərtəbəli binanın tikintisinə başlanılıb. Sakinlərə mənzil alacaqları təqdirdə təxminən bir il ərzində binaya köçüb yaşayacaqları vəd edilib. Lakin artıq 2026-cı ildir və bina hələ də təhvil verilmədiyindən sakinlər mənzillərinə köçə bilmirlər.


"Bizi sayan yoxdur. Hətta Nadir müəllimin özünə də zəng vururuq. Deyir ki, çox səsinizi çıxarsanız, evi də əlinizdən alıb sizi çölə ataram", - şikayətçilərdən biri Baku TV-yə bildirib.

"Beş ildir bizə bu əziyyəti yaşadırlar. Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar. Pul istəmirik. Çünki beş il əvvəl bu mənzilə 85 min manat vermişəm. İndi həmin məbləğə ev almaq mümkün deyil", - digər şikayətçi deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru