Natavan Həbibi cavab verdi: "Azərbaycan incəsənətinə böyük zərbə vuran ailə"

9-02-2022, 16:37           
Natavan Həbibi cavab verdi:
Müğənni Natavan Həbibi efirdən qonorar istədiyi üçün onu və həmkarlarını tənqid edən “SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyevə cavab verib. Teref.az lent.az-a istinadla xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə rəy yazıb:

“Müğənnilərdən qazanan belə deməlidir də. Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbələrdən vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin”.

Qeyd edək ki, O. Əliyev olay.az-a açıqlamasında efirlərdən pul istəyən N. Həbibi, Xatirə İslam və Elşad Xosenin qonorarla verilişlərə çağırılmadığını demişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru