388 estetik əməliyyat keçirən bloger "Ginnesin Rekordlar Kitabı"na düşdü
17-12-2025, 10:14
Sosial media fenomeni olan iranlı bloger Anahita Naço estetik əməliyyatları ilə “Rekordlar Kitabı”na düşüb.
Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, 20 yaşlarında olduğu deyilən Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini etiraf edib. Bununla da Naço “Ginnesin Rekordlar Kitabı”na düşdüyünü açıqlayıb.
Qeyri-adi görünüşü və təəccüblü açıqlamaları ilə izləyicilərini şoka salan fenomen səkkiz ildir ki, heç nə yemədiyini, gündə yalnız bir fincan qəhvə içməklə kifayətləndiyini bildirib. O bunu etməsinə səbəb kimi arıqlayaraq, “dünyanın ən incə belli qızı” olmaq istəyi ilə əlaqələndirib.
Naçonun sözlərinə görə, o kosmetik prosedurlara sevgilisinin xahişi ilə başlayıb və hazırda hər ay üzünün künclərinə və yanaqlarına 50 kub santimetr gel vurulmasına məcbur qalır.
Qeyd edək ki, bloger rekordlar kitabında düşdüyünü bildirsə də, bu hələ rəsmi olaraq təsdiqlənməyib.