Sürücülərdən tutumuş rəqqaslara qədər hər kəsə 100 min dollar verdi

18-12-2025, 00:15           
Sürücülərdən tutumuş rəqqaslara qədər hər kəsə 100 min dollar verdi
Dünyaca məşhur müğənni Teylor Svift çıxdığı “Eras” turundan milyonlar qazanıb.

Müğənni bu qazancı təkbaşına yeməmək qərarına gəlib. Belə ki, ulduz tur zamanı onunla çalışan hər kəsə 100 min dollar bonus verib. Ümumilikdə isə onun işçilərinə verdiyi məbləğ 197 milyon dollar olub.

O, səhnə dekorasiyasını və musiqi alətlərini daşıyan sürücülərdən tutumuş, rəqqaslara qədər hamıya 100 min dolların olduğu çek bağışlayıb. Onun işçilərinə bağışladığı xüsusi hazırlanan və üstü çiçəklə bəzədilən zərfində “100.000 dollarlıq layiqli bonus. Sevgi ilə, Teylor” sözləri yazılıb.

Teylorun 2025-ci ildə bir çox xeyriyyə işləri gördüyü bildirilib. Onun “Feeding America” kimi xeyriyyə təşkilatlarına ianələr və Super Kubok atışmasından zərər çəkən ailə kimi fərdlərə yardım da etdiyi açıqlanıb.

Onun bu addımı sosial mediada böyük ajiotaj yaradıb. Pərəstişkarları Svifti “əsl patron”, “lider, sadəcə işəgötürən deyil” kimi tərifləyiblər.
azerbaycan24.com/















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]