“Avroviziya”da qaydalar dəyişdi: artıq buna icazə veriləcək

19-12-2025, 10:18           
“Avroviziya”da qaydalar dəyişdi: artıq buna icazə veriləcək
2026-cı ilin 12-16 may tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi qaydalarda ciddi dəyişikliklər edəcək.

TEREF xəbər verir ki, bu barədə şounun təşkilatçılığından məsul olan Avstriyanın ORF yayım şirkəti məlumat yayıb.

Qurum əvvəlki illərdə tətbiq edilən bir sıra məhdudiyyətlərdən imtina edəcəyini açıqlayıb.

Bildirilib ki, iştirakçıların çıxışları zamanı zalda olan tamaşaçılara rəsmi bayraqlarını nümayiş etdirməyə icazə veriləcək. Buraya İsrailin çıxışı zamanı Fələstin bayrağının qaldırılmasına icazə verilməsi də daxildir.

İcraçı prodüser Mixael Kroyen əlavə edib ki, təşkilatçılar auditoriyanın reaksiyasını gizlətməyəcəklər:

“Müsabiqənin məqsədi hadisələri olduğu kimi, reallıqda baş verdiyi formada nümayiş etdirməkdir. Bu çərçivədə zaldan gələn fit səsləri və ya digər etiraz nidaları boğulmayacaq. Həmçinin, “süni alqış” praktikasından imtina ediləcək və tamaşaçıların canlı reaksiyasına heç bir müdaxilə olunmayacaq”./globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]