“Şou-biznesin Qaranlıq Üzü” adlı layihə üzərində çalışıram"

21-12-2025, 09:59           
“Şou-biznesin Qaranlıq Üzü” adlı layihə üzərində çalışıram"
Bu əsər kitab formasında, lakin serial ssenarisi məntiqi ilə yazılıb və məqsədim onu beynəlxalq platformaya, xüsusilə Netflix formatına uyğunlaşdırmaqdır.
Janr baxımından layihə dedektiv + psixoloji gərginlik üzərində qurulub. Hadisələr şou-biznes dünyasının pərdəarxası, görünməyən və çox vaxt gizlədilən tərəflərini əhatə edir: nüfuz savaşı, şantaj, qorxu, manipulyasiya və qeyri-rəsmi güc mexanizmləri.
Serialın mərkəzində Lola adlı məşhur müğənni dayanır. Onun şəxsi münasibətləri illər ərzində bir neçə qalmaqallı və təhlükəli hadisənin mərkəzinə çevrilir.
Müxtəlif dövrlərdə Lolanın sevgililəri vasitəsilə:
digər müğənnilərə təzyiq göstərilir, bir kişi müğənniyə silahla hədə-qorxu gəlir, sonra məsələ böyüyür. Lola ölkəni tərk etmək istəyir. Başqa bir nüfuzlu müğənni ona dəstək olur. Lola bir müddət vəzifəli şəxslə sevgili olur, sakit həyat yaşayır.
illər sonra Lolanın başqa bir sevgilisi, eyni zamanda onun yaxın dostu olan bir müğənniyə qarşı yenidən ictimai alçaltma və zorakı davranışlar, silahla hədə-qorxu gəlir.
Bütün bu hadisələr fonunda şou-biznesin içində formalaşmış qeyri-rəsmi “mafiya” sistemi, qorxu üzərindən qurulan münasibətlər və susdurulan insanlar üzə çıxır.
Bu ssenari real hadisələrdən ilhamlanaraq qələmə alınıb, lakin bütün personajlar, adlar tamamilə fiksiyadır. Hər hansı real şəxs və ya hadisə ilə birbaşa əlaqə nəzərdə tutulmur.
Нура Сури
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]