Rusiyalı müğənni Filipp Kirkorov bolqarıstanlı ekstrasens Vanqa ilə qohumluq münasibətlərindən danışıb.
Bu barədə gazeta.ru məlumat yayıb.
Kirkorov Vanqanın ikinci dərəcəli qohumu olduğunu iddia edib. Sənətçi uşaq ikən ağır xəstəlik zamanı Vanqanın yanına aparıldığını xatırlayıb.
İfaçı amerikalı model Kendall Cennerin atası olması barədə gəzən şayiələrə də münasibət bildirib.
Kirkorov bunun həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, modelin anadan olmasından bir il öncə ABŞ-də qastrol səfərində olsa da, o zaman səyahətə həyat yoldaşı Alla Puqaçova ilə birlikdə gedib.