“Şəbnəm, utan öl, yerə gir, Zaura verincə, onu bir qaziyə verərdin də!” – VİDEO

27-12-2025, 07:28           
“Şəbnəm, utan öl, yerə gir, Zaura verincə, onu bir qaziyə verərdin də!” – VİDEO
Müğənni Afət Fərmanqızının həmkarı Şəbnəm Tovuzluya ünvanladığı sərt açıqlamalar gündəm olub.

Sənətçi sosial şəbəkə hesabından yayımında Vəfa Şərifova və aparıcı Zaur Nəbioğlu ilə yaşadığı qalmaqaldan danışarkən Şəbnəm Tovuzlunun adını da çəkib.

Afət Şəbnəm Tovuzlu aparıcı Zaura bahalı “iPhone” hədiyyə göndərdiyini deyib (VİDEO)və bu addımı kəskin tənqid edib: “Şəbnəm, utan öl, yerə gir. Onun qabağında nə əskik işin var, hədiyyə göndərirsən? Birinə də nəsə verməmişəm”.

Onun sözlərinə görə, belə hədiyyələrə ehtiyac yoxdur və həmin telefonun qazilərə və ya onların övladlarına verilməsi daha doğru olardı. İfaçı həmçinin bildirib ki, bəzi insanlara hədiyyə göndərilməsinin səbəbini anlamır və heç kimdən çəkinmədiyini vurğulayıb.

Müğənni açıqlamasında maddi durumuna da toxunaraq, hazırda toy proqramları və işləri ilə məşğul olduğunu, Moskvada artıq 5-ci evi aldığını və yeni “qalik”inin də yolda olduğunu qeyd edib. O əlavə edib ki, özü heç vaxt sözügedən aparıcıya pul və ya hədiyyə göndərməyib, əksinə, onlardan qonorar tələb etdiyini deyib.

Oxumağa dəyər: Ceyhun Bayramov: Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanla koordinasiyalı fəaliyyət həyata keçirir
Afət Fərmanqızının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]