Stiven Siqal Rublyovkadakı malikanəsini satışa çıxarıb
29-01-2026, 00:02

Aktyor Stiven Siqal altı il əvvəl aldığı, Moskva vilayətinin Rublyovka ərazisində yerləşən 500 kvadratmetr sahəsi olan iki mərtəbəli malikanəsini satmaq qərarına gəlib.
Aktyor Stiven Siqal Moskva vilayətindəki Rublyovkada yerləşən malikanəsini satışa çıxarıb.
Tribuna.az xəbər verir ki, bu barədə TASS xəbər verir.
NF Group konsaltinq şirkətinin məlumatına görə, söhbət mühafizə olunan ərazidə, vahid memarlıq layihəsi üzrə inşa edilmiş və cəmi 22 evin olduğu “Konus” adlı klub tipli qəsəbədə yerləşən, sahəsi 500 kvadratmetr olan bağ evindən gedir.
Rezidensiyaya iki mərtəbəli yaşayış evi, iki avtomobillik qaraj, hamamı olan qonaq evi və manqal üçün nəzərdə tutulmuş besedka daxildir. Bütün tikililər 15 sotluq meşəlik sahədə yerləşir. Malikanənin satış qiyməti açıqlanmayıb, lakin daha əvvəl Siqalın bu evi 2018-ci ildə aldığı bildirilirdi.
NF Group-un şəhərkənarı daşınmaz əmlak departamentinin direktoru Tatyana Alekseyeva bildirib:
“Stiven Siqalın rezidensiyası elit şəhərkənarı daşınmaz əmlakın dünya miqyasında tanınmış keçmişə sahib olduğu nadir hallardan biridir. Belə evlər bazara olduqca nadir hallarda çıxarılır”.
Stiven Siqal “Qanundan kənar”, “Mühasirədə”, “Ölümcül təhlükədə”, “Patriot”, “Məhv etmək əmri”, “Daxili yaralar” və “Əsir alma” filmlərindəki rolları ilə tanınır. O, 2016-cı ildə Rusiya vətəndaşlığı alıb. 2024-cü ilin may ayının sonunda Rusiya prezidenti Vladimir Putin aktyoru beynəlxalq mədəni-humanitar əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif edib.
VZQlyad qəzeti yazır ki, Stiven Siqal rus olmağı və Rusiyada yaşamağı ilə fəxr etdiyini bildirib.
Aktyor həmçinin Yeni ili Rusiya ənənələrinə uyğun olaraq bol süfrə, qonaqlar və çoxsaylı tostlarla qarşılamağı sevdiyini qeyd edib.
O, eyni zamanda ABŞ rejissorlarını “pis ruslar” stereotipinə görə tənqid edib.

