Emin Əmrullayev səni deyirlər: Bir müəllifin özbaşına tarixi gerçəkliyi öz istədiyi kimi təqdim etməsi nəticəsində test tapşırığının da səhv tərtib edilib..
Bu gün, 11:58

Bir qədər müddətdir ki, sertifikasiyada düşən tarix suallarının birində səhvlik, dərslikdə hansısa bir müəllifin özbaşına tarixi gerçəkliyi öz istədiyi kimi təqdim etməsi nəticəsində test tapşırığının da səhv tərtib edilməsi barədə bir neçə post yaymışam. Əlbəttə, sadəlövhcəsinə inanırdım ki, ictimayyətə açıq bir sosial şəbəkədə adlarını mən və digər şəxslər tərəfindn qeyd etdiyimiz dövlət qurumlarının (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu - nəyəsə tağ etmək olmur) cavabdeh və məsuliyyətli şəxsləri bu postları görməmiş olmaz. Heç olmasa bir rəy, hansısa bir cavab verərlər. Bu susmaq heç də xoşa gələ bilməz. Yaxşı olardı ki, cənab nazirin dediyi kimi, ictimayyətə və tənqidə açıq olardılar. Mənim tənqidim və iddiam tək ümumiyyətlə tarixçilərin bildiyi oturuşmuş biliyə yox, həm də tarixi mənbələrə əsaslanır. Bu mənbələrin bəzilərini həm postda, həm də şərhdə yerləşdirəcəm.
Bir daha qeyd edirəm ki 11 sinif üçün Azərbaycan tarixi dərsliyində (qrif 2023-072) əvvəla heç bir istifadə edilən mənbə siyahısı yoxdur, hansı kı ondan qabağ gəstərilirdi və ümumiyyətlə tarixi araşdırmalarda, dərslik mətnlərində mənbə əsas yer tutur. İkincisi, israr edirəm ki, paraqraf 7-ə "Müstəmləkə əleyhinə çıxışlar. Milli-demokratik hərəkat" mövzusunda 1906 ildə Peterburq şəhərində baş verən Rusiya müsəlmanlarının II qurultayında güya türklərin Rusiyaya qarşı birləşməsi haqqında qərar heç vaxt qəbul olunmayıb və qəbul oluna bilməzdi. Bu tarixə indiki ideoloji və subyektiv bir prizmadan baxış bucağıdır. Tarixi reallıq yox. Subyektiv fikir əsasında isə sertifikasiyada sual qoyulmamalıdır. Necə ki, metodikadan da olan sualları üçün qeyd etmişik. Bu fikir dərsdə müzakirə mövzusu ola bilər, amma tarixçi üçün imtahanda konkret və danılmaz fakt kimi qoyula bilməz. Problem də orasındadır ki, bu subyektiv fikir heç olmasa hansısa bir tarixi mənbə, yaxıd elmi-populyar məqələyə belə əsaslanmır. Onu da deyim ki, həmin Qurultayda, yaranan İttifaq al Muslimin (sonra - Rusiya müsəlmanlarının İttifaqı) partiyasının əsas simalarından biri Əlimərdan bəy Topçubaşovun o dövrdə digər məşhur publisist, siyasi xadim İsmayıl bəy Qaspiralı ilə məktublaşmasında türk özünüdərk haqqında da danışılmır. İsmayıl bəy hələ müsəlman olduqlarından bəhs edir. Əlbəttə, bu birbaşa sübut deyil, lakin o dövrdəki ab-havanı göstərir. Həmin məktubun yerləşdiyi topluda (А.М. Топчибаши "Документы из личных архивов 1903-1934" Москва, изд-во Мысль, 2012), həm də Ələsgər bəy Bəylərbəyov adında bir tələbənin Əlimərdan bəydən yardım istəməsi haqqında ona ünvanlanan məktubu da var. Bu məktubda və digərlərində nə özlərinə, nə bir-birinə türk demirlər. Eyni müsəlman icmadan çıxdıqlarını qeyd edirlər. Bu çıxışlarda, qurultaylarda müsəlman kimi dəstək olmaqlarını, bütün müsəlmanların imperiya miqyasında bərabərhüquqlu olmaları istiqamətdə çalışmaqlarından danışılır. Heç qurultayda cəbhə məsələsi də yox idi.
Keçək indi mənbə məsələsinə. Rusiya Dövət Ictimai Tarixi kitabxanasında bu başlıqla - Всероссийский мусульманский союз. Устав Всероссийского мусульманского союза: принят во Втором всероссийском съезде мусульман, 1906 г., г. Санкт-Петербург. Спб., 1906 - 30380 nömrəli bir arxiv sənədi yerləşdirlib. Tərtibatçısı Əlimərdan bəy Topçubaşovdur. 8 yazı maşınında yazılmış vərəqdir.
Bu Nizamnamə 1906 ilin martın 8-də K. Antokolskinin nəşriyyatında kitabça halında Peterburqda dərc edilib. Kitabçanı çapa hazırlayan o zamanın məşhur tatar ilahiyyatçı filosofu, publisist Musa Bigiyev olmuşdur. O ön sözü, tarixi şəraiti təsvir etmiş, kasıblığın, haqsızılığın, ədalətsizliyin yayılmasına qarşı islahatların aparılmasnın labüldüyünü qeyd etmiş, İttifaqın yaranmasın əsaslandırmışdı. Sonra da Topçubaşovun hazırladı Nizamnamənin mətni yerləşdiriir. Həmin mətnlə şərhdə tanış ola bilərsiz. Özünüz də görəcəksiniz ki, nə ön sözdə, nə də Nizamnamədə türklərin bir cəbhədə Rusiyaya qarşı birləşməsi haqqında bir kəmə belə yoxdur
Baxmayaraq ki, qurultay gizli keçirilir, amma iştirakçıların məqsədi qanuni yollarla Dumaya seçilib orda müsəlmanların hüquqlarını müdafiə etmək, sənədlərdə qoyulan məqsədlərə nail olmaq idi. Bunların sırasında Konstitusiya, konstitusiyalı monarxiya, islam demokratiyası yer alırdı. Bununla yanaşı İttifaqın şüarı təkbir və şəhadə, həmçinin "Güc birlikdədir" şüarı idi.
Deməli, heç proqram da yox (onu 3 qurultayda müzakirəyə saxlamışdılar), yalnız nizamnamə. Üstəgəl İkinci qurultayda qəbul olunan sənədlərdə əsas məqsəd regional şuraların yaranması idi. Heç birində hansısa separatçı olsun, yaxud ümumiyyətlə Rusiyaya qarşı, dövlətə qarşı olan çağırış yox idi. Məhz buna görə də İttifaqın mövqeyi Rusiya kadet partiyasına yaxın idi. Bunu öncəki postumda da qeyd etmişəm. Bir daha, cəbhə məsələsi də yox idi. Əksinə Rusiya miqyasında birliyin əldə olunması. Tarix elmləri doktoru Salavat Isxakovun "Первая русская революция и мусульмане Российской империи" kitabında (Moskva, 2007) yazır ki, qurultay qeyri-rəsmi başlayır, iştirakçılar otellərdə yerləşir. Polis bu haqda tam xəbərdar olui, amma mane törətmirdi, çünki bu təşkilat hökümət üçün heç bir təhlükə daşımırdı. (7 bölüm İkinci Ümumrusiya müsəlmanların qurultayı, səhifə 207)
Bütün bu dediklərimin müqabilində əkstərəfin arqumentlərini gücləndirən, əsaslandıran elmi məqalə, monoqrafiya tapa bilmədim. Dərslikəki yazılanlar danılmaz fakt kimi yox (bunu da sertifikasiyada kateqorik kriteriyalarla müəllimin biliyini yoxlamaq üçün istifadə etmək) sadəcə tənqidi təfəkkürün inkişafı üçün tarix dərslərində şagrdlərlə müzakrə mövzusu kimi isitfadə etmək olardı.
Yenə də ümid edirəm, bu postumu ciddi qarşılayarlar. Kim Təhsilİ institutunu, cənab nazir Emin Amrullayevi tağ edə bilərsə, zəhmət olmasa əlavə edərdiniz şərhlərdə. Diqqətiniz üçün çox sağ olun!
Вагиф Абасов

