Zeynəb Xanlarova övladlarına nə vəsiyyət edib? - Mən öləndə məni yandırarsınız...

Bu gün, 12:08           
Zeynəb Xanlarova övladlarına nə vəsiyyət edib? -
"Gözümü açandan ilk sevgim anam olub. Elə gec ailə qurmağımın səbəbi də məhz bu idi".

Referans Media xəbər verir ki, bu fikri Xalq artisti Zeynəb Xanlarova 25 il əvvəl - 2001-ci ildə Mehriban Ələkbərzadənin "Persona" verilişində səsləndirib.

"Anamı o qədər sevmişəm ki, ailə qurmağı da yadımdan çıxarmışdım" deyən Xalq artisti ana sevgisinə görə Allaha təşəkkür edib.

Dediyinə görə, uşaqlarına öləndə anasının qəbrinin ayaq hissəsində dəfn edilməsini vəsiyyət edib:

"Uşaqlarıma da demişəm ki, mən öləndə meyitimi yandırıb anamın ayağının altında basdırarsınız. Ki, ondan ayrı düşməyim. Amma Səlim (rəhmətlik həyat yoldaşı - red.) həmişə deyərdi ki, narahat olma, sən öləndə səni Fəxri Xiyabanda basdıracaqlar".

"Övladlarıma demişəm, mən rəhmətə gedəndən sonra mənim yox, anamın qəbrini ziyarət etsəniz,ruhum da şad olacaq", - Zeynəb Xanlarova əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru