ABŞ-də məhkəmə Hanter Baydenə 1,7 milyon dollar təzminat ödənilməsinə qərar verib

Bu gün, 12:54           
ABŞ-də məhkəmə Hanter Baydenə 1,7 milyon dollar təzminat ödənilməsinə qərar verib
ABŞ-də Los-Anceles məhkəməsi Overstock.com onlayn satış şirkətinin keçmiş rəhbəri Patrik Berni ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Baydenə 1.7 milyon dollar ödəməyə məcbur edib.

Oxu.Az xəbər verir ki, bu barədə məhkəmənin elektron bazasında dərc olunan sənəddə bildirilib.

Hanter Bayden 2023-cü ilin avqustunda Bernə qarşı iddia qaldırıb. Buna səbəb Bernin Hanterin İran hökuməti ilə əlaqə saxlamağa və həmin vaxt dövlət başçısı vəzifəsində olan Co Bayden tərəfindən İran aktivlərindəki 8 milyard dolların dondurulmasının aradan qaldırılması müqabilində onlardan 800 milyon dollar almağa çalışması barədə bəyanatları olub.

"İddiaçının xeyrinə qərar çıxarılır. İddiaçıya nominal kompensasiya olaraq 1 dollar və cərimə xarakterli zərər əvəzi olaraq 1.7 milyon dollar ödənilir", - hakimin qərarında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru