İpinin üstünə odun yığmağı mümkün olmayan adam

Bu gün, 12:58           
İpinin üstünə odun yığmağı mümkün olmayan adam
İpinin üstünə odun yığıla bilinməyənlər "şestyorka"lığı bacarmırlar!
Əvvəlki statusumda "kəssək (palçıq) daşın gününə ağlayır" ritorik sualıma aşkarda ara açmaq istəməyən bir fb dostum özəldə sual verib: bəs sən nə qazanmısan ki?
Yəni: nədir e səndəki bu özgüvən, elə sağa da, sola da köntöy-nataraz suallarla münsiflik edirsən?
Adamın eqoizm və kibr üstündən zındıqlığına çox rahat şəkildə bir parç Buzbulaq suyu ilə qarşılıq verdim:
- Əzizim, sənin də razılaşdığın kollektiv qənaət var e, Aydının ipinin üstünə odun yığmalı deyil, bax, o deyim mənim brendimdir, onu qazanmışam. İpinin üstünə odun yığılan jurnalistlərin hamısı, istisnasız, "şestyorka"lardıır! Mənim haqqımda səndə və cəmiyyətdə o rəyi yaradanlar elə belə, balaca adamlar deyil, "Aydını buxovlayın!" əmrini almış, "dərin dövlət"də görəvi olan, amma üzdə kiçicik "nüfuz sahibləri"dir. Tapşırılan işin öhdəsindən gələ bilməyəndə məclislərdə, rəsmi tədbirlərdə, korporativlərdə qeyri-rəsmi izahatla məruzə etmiş olublar!
Bəli, mən ipinin üstünə odun yığılası imza deyiləm, qazancım da elə budur: "şestyorka" olmamaq!
Təkcə bu üstünlük mənə yetir ki, ağıl da verim, münsiflik də edim, sözümü də çəkinmədən deyim.
Aydın Can












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru