"Müşfiqin üzünə durub ölümünə imza atanların adını biz çəkmiriksə..." - Müşfiqin qohumundan Xalq şairinin nəticəsinə CAVAB

Bu gün, 11:37           
"Müşfiqin üzünə durub ölümünə imza atanların adını biz çəkmiriksə..." - Müşfiqin qohumundan Xalq şairinin nəticəsinə CAVAB
"Müşfiqin Stalin haqda şeirlərinə rast gəlməmişəm, amma Lenin haqda çox şeirləri var. Ona "burjua şairi" damğası vurdular, amma elə deyildi, sadəcə olaraq yaşadığı zəmanəyə uyğun şeirlər yazırdı. Müsavatçı isə ola bilməzdi, çünki uşaq idi. İndi yeni kadrlar üzə çıxır və hər dəfə hansısa şairlər haqda danışırlar..Tutaq ki, lap Lenin haqda nəsə yazıb, dövrünün şairi olub da. Tək romantikadan yazmayıb ki. Müşfiq gələcəyi görən şair olub. Onu gözləri götürmürdü, birdən-birə Yazıçılar Birliyinin 26 üzvü onun üzünə durub, sonra da müəmmalı şəkildə öldürülüb. Bəzi şairlərin adını ümumiyyətlə onun yanında çəkməsinlər"

Bunu Moderator.az-a açıqlamasında Mikayıl Müşfiqin əmisi nəvəsi, Yunis Dağlının qızı Reyhanə İsmayılzaeı deyib.

O daha sonra əlavə edib:

"Bugünkü gün Mikayıl Müşfiq haqqında yeni versiyalar deyilir, danışılır və yazılır. Bir tərəfdən mən çox şadam ki, Müşfiq unudulmur, orta, yaşlı, gənc nəsillərin hər biri onun haqda nəsə demək istəyir. Bir əsri ötüb artıq, amma yenə də Müşfiq ağıllardadır, dillərdədir, xatirələrdədir, fikirlərdədir. Bu məni sevindirir. Amma elə şairlərin adı çəkilir, onu elə şairlərlə onu üzbəüz qoyurlar ki, bu məni üzür. Hər bir şairin öz yaradıcılığı, öz dövranı olub. Amma bir neçə şair var ki, adı Müşfiqlə birgə çəkiləndə bu bizə də xoş olmur. Onları yəqin ki, zəmanə məcbur edib ki, Müşfiqə bu qədər pislik ediblər. Bəlkə də sağ qalmağa görə Müşfiqin ölümünə imza atıblar. Onların adını açıqlayıb, ürək bulandırmağa ehtiyac görmürəm. Mən çox xahiş edirəm Müşfiqin gənc yaşındakı ölümünə səbəb olanları biz unuduruqsa, dilə gətirmiriksə, sizlər də dilə gətirməyin. Hər dəfə yaramlzl qopartmayın və bilmədiyiniz fikirləri gündəmə gətirməyin. Bəli, Müşfiq öz dövrünün çətin həyatını yaşayıb, zəmanəsinin gözəl günlərini görməsə də, gözəl şeirlər çox yazıb. Onun bir günahı olmayıb, bunu da hamı bilir. Zatən onun məzarı yoxdur və ruhu göylərdə gəzir. Xahiş edirəm onun ruhunu incitməyin" deyə müsahibimiz qeyd edib.

Qeyd edək ki, Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov Apa-ya verdiyi müsahibədə bu fikirləri bildirib:

"Səməd Vurğunun yerində başqa bir şairimiz repressiyaya məruz qalsaydı, bu gün cəmiyyət həmin şairin üstünə düşəcəkdi. Səməd Vurğun güllələnsəydi, Hüseyn Cavid, Mikayıl Müşfiq sağ qalsaydı, indi hamı onları ittiham edəcəkdi. Ona qalsa, Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb. Ona görə də bunlara çox fikir vermək lazım deyil" deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru