Gülü Rəmişdən qalan nələri satıb? - Xalq artistinin xanımından sərt reaksiya

29-01-2026, 15:34           
Gülü Rəmişdən qalan nələri satıb? - Xalq artistinin xanımından sərt reaksiya
Mərhum gitaraçı, Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü Hüseynovanın ərindən qalan evi və avtomobili satdığı, müflis olduğu barədə periodik olaraq xəbərlər yayılır.

TEREF xəbər verir ki, Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Gülü Hüseynovanın özü ilə əlaqə saxlayıb.

O, müxbirimizin sualına aqressiv şəkildə cavab verib, nə evini, nə də maşını satdığını təsdiqləyib.

"Ay balam, sizin nə işinizə qalıbdır? Maşın satmışam, adam satmışam? Sizə nə var, mən nə satmışam? Niyə jurnalistlər məndən əl çəkmirlər? Satıb-eləməmişəm, öz maşınımı sürürəm. Heç nə satmamışam. Həm də mən nə sataram, özüm bilərəm. Bircə, Xalq artistinin arvadı Gülü olub? Başqalarından maraqlanmırsınız, çünki hamısının oğlu-qızı, arxası var”,- deyə o jurnalistlərdən incikliyini qeyd edib.

Qeyd edək ki, Rəmiş 2021-ci ildə koronovirusdan vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]