Rusiya Türkiyə-İsrail əməkdaşlığından narahatdır - Lavrovdan İsrailə xəbərdarlıq

19-02-2016, 12:46           
Rusiya Türkiyə-İsrail əməkdaşlığından narahatdır - Lavrovdan İsrailə xəbərdarlıq
İsrail mətbuatı Rusiyanın son zamanlarda Türkiyə ilə İsrailin siyasi yaxınlaşmasından narahat olduğunu yazır.

Avropa.info xəbər verir ki, İsrailin məşhur “Haaretz” qəzeti Rusiyanin Türkiyə-İsrail yaxınlaşmasından duyduğu narahatlığı bu ölkənin rəsmilərinə çatdırdığını yazıb.

Qəzetin yaydığı məlumata görə Rusiyanın narahat olduğu məsələlərin başında Türkiyənin Qəzzadakı nüfuzu və İsraillə təbii qaz mövzusundakı qurula biləcək əməkdaşlıq gəlir.

“Haaretz” qəzetinin xarici siyasət yazıçısı və diplomatiya müxbiri Barak Davidin imzası ilə dərc olunan xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, dünən Moskvada İsrailin baş naziri Netanyahunun xüsusi nümayəndəsi və xarici işlər müşaviri Dore Goldla görüşüb.

Görüş zamanı Lavrov həm Rusiyanın, həm də Misirin bu yaxınlaşmadan narahat olduğunu birbaşa diplomatın özünə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru