Ankara terrorunu törədənlər bilindi: - 1 qadın, 1 kişi

14-03-2016, 12:03           
Ankara terrorunu törədənlər bilindi: - 1 qadın, 1 kişi
Martın 13-də Ankarada baş vermiş terror hadisəsinin 1-i qadın olmaqla 2 terrorçu tərəfindən törədildiyi bəlli olub. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, onların hər ikisinin hadisə yerindəcə öldüyü təsdiqlənib. Gecə saatlarında qadın terrorçunun şəxsiyyəti də dəqiqləşdirilib.

İlkin araşdırmalar zamanı bəlli olub ki, terrorçular tərəfindən partladılan bomba yüklü avtomobil yanvar ayında İstanbuldan oğurlanıb. Bir müddət Diyarbəkir və Şanlıurfada saxlanılan avtomobil fevralın 26-da Ankaraya gətirilib.

Qeyd edək ki, məhz fevralın 27-də Türkiyə təhlükəsizlik qüvvələri Ankarada avtobus dayanacaqlarında terror ehtimalı ilə bağlı bomba yüklü avtomobil axtarmaq üçün əməliyyat keçirmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru