Belçika hökumətindən Türkiyə əleyhinə addım – PKK-ya çadır qurmağa icazə verdi

18-03-2016, 02:15           
Belçika hökumətindən Türkiyə əleyhinə addım – PKK-ya çadır qurmağa icazə verdi
Belçika hökuməti Türkiyə ilə Avropa Birliyi arasında keçiriləcək zirvə görüşündən əvvəl bir skandala imza atıb. Avropa.info xəbər verir ki, Belçika hökuməti zirvə görüşünün keçiriləcəyi Avropa Birliyi Şurasının binasının arxasında PKK terror təşkilatına çadır qurmağa icazə verib.
Türkiyədə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, daxili işlər naziri Əfqan Alə ilə Belçikanın baş nazirinin müavini və xarici işlər naziri Didier Reynders, daxili işlər naziri Jan Ham və ədliyyə naziri Koen Geensin iştirakı ilə keçirilən görüşdən bir həftə sonra PKK terror təşkilatının tərəfdarları yeni bir addım atıb.
PKK tərəfdarları hökumətdən aldıqları icazə sayəsində baş nazir Əhməd Davudoğlunun da iştirak edəcəyi Türkiyə-Avropa Birliyi zirvəsinin Brüsseldə keçiriləcəyi AB Şurası binasının arxasına çadır qurub.

Terror təşkilatının Belçikadakı liderlərindən Rəmzi Kartalın Türkiyənin cənub şərqində həyata keçirilən əməliyyatları tənqid üçün mətbuat konfransı təşkil etdiyi çadır hələ də yerində qalır.
Terror təşkilatının simvolları ilə bəzədilmiş çadırın ətrafında az sayda polisin təhlükəsizlik tədbirləri üçün dayandığı müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru