Türkiyədən qanunsuz yolla çıxarılan 37 tarixi əsər geri qaytarıldı - FOTO

12-10-2023, 08:22           
Türkiyədən qanunsuz yolla çıxarılan 37 tarixi əsər geri qaytarıldı - FOTO
İsveçrə Federal Mədəniyyət İdarəsinin səlahiyyətliləri tərəfindən Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirildiyi müəyyən edilən 37 ədəd tarixi əsər ölkəyə təhvil verilib.

Əsərlər Türkiyə ilə İsveçrə arasında 15 noyabr 2022-ci ildə imzalanmış Arxeoloji Mədəni İrsin Qorunması haqqında Saziş çərçivəsində geri qaytarılıb.

Əksəriyyəti Urartu dövrünə aid tunc əşyalardan ibarət olan tarixi əsərlər arasında 6 min illik Kusura tipli büt də var.

İsveçrəyə qeyri-qanuni yolla gətirilərək Türkiyəyə qaytarılan əsərlər arasında Roma dövrünə aid tunc qablar, at qoşqu hissələri, maral heykəlciyi və gümüş vaza parçası kimi mədəni sərvətlər də mövcuddur.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru