Türkiyədə “TikTok” qadağan oluna bilər

30-04-2024, 11:08           
Türkiyədə “TikTok” qadağan oluna bilər
Türkiyədə “TikTok” qadağan oluna bilər
“TikTok” platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib.

“Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan “TikTok” ən qısa zamanda bağlanmalıdır. Bildirmək istərdim ki, biz bu istiqamətdə qanun layihəsi hazırlayırıq. “TikTok” sosial media platforması sözün əsl mənasında bataqlığa çevrilib və bataqlıqda milçək tutmaqdansa, bataqlığı qurutmaq lazımdır”, – o qeyd edib.

Öztürk əlavə edib ki, “TikTok” tətbiqi türk ailə quruluşuna və mədəniyyətinə uyğun olmayan görüntü və davranışların paylaşıldığı bir mühitdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru