Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı

30-04-2024, 10:31           
Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı
Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, sabiq nazir ötən gün 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıb.

E. Turqumbayev “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui- istifadə” maddəsi üzrə ittiham olunur.

“Cinayət işində dövlət sirri təşkil edən məlumatlar var, ibtidai istintaqın digər məlumatları açıqlanmır”, - açıqlamada vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru