Türkiyə səmasında turbulentliyə düşən təyyarədə 12 nəfər yaralanıb

27-05-2024, 09:59           
Türkiyə səmasında turbulentliyə düşən təyyarədə 12 nəfər yaralanıb
Dohadan Dublinə uçan təyyarənin turbulentliyə düşməsi nəticəsində 12 nəfər yaralanıb.

Bunu Dublin Aeroportunun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Doha-Dublin marşrutu ilə uçan “Qatar Airways”ə məxsus təyyarənin şiddətli turbulentlik bölgəsinə daxil olması nəticəsində altı sərnişin və altı ekipaj üzvü yaralanıb.

“Qatar Airways”in Dohadan hərəkət edən QR107 reysi planlaşdırıldığı kimi vaxtında Dublin aeroportuna təhlükəsiz eniş edib. Eniş zamanı təyyarə Türkiyə səmasında havaya qalxarkən turbulentliyə məruz qaldıqdan sonra təyyarənin göyərtəsində olan 6 sərnişin və 6 ekipaj üzvlərinin xəsarət alması səbəbindən Hava Limanı Polisi və Yanğın və Xilasetmə departamentimiz də daxil olmaqla təcili xidmətlər tərəfindən qarşılanıb”, – açıqlamada qeyd olunub.

“Qatar Airways” CNN-ə açıqlamasında təyyarənin Dublinə təhlükəsiz eniş etdiyini, lakin “az sayda sərnişin və ekipaj üzvünün uçuş zamanı yüngül xəsarətlər aldığını və onlara tibbi yardım göstərildiyini” bildirib.

“Məsələ hazırda daxili araşdırmaya tabedir. Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi və əmin-amanlığı bizim əsas prioritetimizdir”, – aviaşirkət vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru