30 sentyabr 1520-ci ildə Sultan Süleyman Qanuni Osmanlı taxtına sahib olur.

6-10-2025, 11:54           
30 sentyabr 1520-ci ildə Sultan Süleyman Qanuni Osmanlı taxtına sahib olur.
I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı.
Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi.
1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir.
Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi.
I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Zigetvar mühasirəsinin bitməsinə bir gün qalmış 7 sentyabr 1566 tarixində müharibə düşərgəsində vəfat etmiş və yerinə oğlu II Səlim keçmişdir.
Əli İbrahimov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru