Qırğızıstanda güclü zəlzələ nəticəsində 13 bina dağılıb

7-10-2025, 08:24           
Qırğızıstanda güclü zəlzələ nəticəsində 13 bina dağılıb
Qırğızıstanda zəlzələ nəticəsində 13 bina dağılıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi öz Facebook səhifəsində məlumat yayıb.

“Qırğızıstanda baş verən zəlzələ nəticəsində altı yaşayış binası, dörd məktəb, bir uşaq bağçası və iki təcili yardım məntəqəsi yararsız vəziyyətə düşüb”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, dağıntılar Cəlal-Abad və Talas rayonlarında qeydə alınıb.

Ötən gecə saat 1 radələrində Qırğızıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Cəlal-Abad rayonunun Çatkal rayonunun Kanış-Kiya kəndindən 45 km şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə baş verib.//Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru