İstanbulda beş milyonluq OĞURLUQ: Azərbaycanəsilli qarətçilər Qarsda saxlanıldılar

16-10-2025, 11:34           
İstanbulda beş milyonluq OĞURLUQ:
Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda böyük zərgərlik mağazasından oğurluq edən azərbaycanəsilli qarətçilər 1500 kilometr məsafədə yerləşən Qarsda saxlanılıblar.

Bu barədə Referans"Sabah" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, hadisə 6 oktyabr 2025-ci il tarixində saat 09:15-də baş verib.

Qarətçilər "qızıl dəyişdirmək" adı ilə zərgərlik mağazasına daxil olublar, iş yeri sahibini və işçisini amansızcasına döyüblər, təxminən 4.7 milyon lirə (191 min AZN) dəyərində 1 kiloqram qızıl və təxminən 300 min lirə (təxminən 12 min AZN) nağd pul oğurlayıblar.

Daha sonra kirayə götürdükləri avtomobillə hadisə yerindən uzaqlaşıblar. Onlar saxta şəxsiyyət vəsiqələri ilə sərnişin avtobusuna minərək İstanbulu tərk ediblər. Lakin keçirdiyi əməliyyat nəticəsində Qarsda ələ keçirilərək İstanbula gətiriliblər.

Şübhəlilər müvafiq prosedurlardan sonra tutularaq həbsxanaya göndəriliblər.

Şübhəli şəxslərin oğurluq etdiyi hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub.

Ələ keçirilən qarətçilərin daha əvvəl də TIR-dan 2.3 milyon lirə (93 min AZN) dəyərində oğurluq etdikləri məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru