ETRUSK HAMAMINDA

27-11-2025, 10:04           
ETRUSK HAMAMINDA
Tamamilə paslanmış min illərin güzgüsünün arxasındakı cizgiləri yenidən qabarda bildiyim şəkildə 4 fiqur var.
İkisi kişidir, ikisi qadın.
Sağdakı cüssəli kişi yerdə oturmuş kişinin başına gözəl vazadan su tökür.
Qarşısında bədənini sürtən çılpaq gözəl qadınla danışır o.
A lap bu günkü dəbdə olan gildən hazırlanmış arxadakı minalı su seyvanına söykənib kişini diqqətlə dinləyir.
Soldakı fiqur uzun saçlarını yuyan digər qadına bənzəyir.
Çox çətinliklə bərpa edə bildiyim 3 sözü güzgüdən ayrıca sağda verirəm. Onun güzgüdə cızıldığı yeri oxla göstərirəm - yazı güzgüdəki öz səmtindədir. Yuxarıda ağ çərçivədəki həmin yazının 90* sola fırladılmış versiyasıdır. Oxumağı asanlaşdırmaq üçündür bu.
Soldan sağa bu sözləri min bir zillətlə sezmək mümkün olur:
KELP FOSDNA U
Çatışmayan iki "A" saitini yerinə qoyduqda mətn belə açılır.
KEL[A]P FOSD[A]NA U
KELAP - Türkiyə sözlüyündə - SUDAN QORXMAQ`dır.
FOSDANA - utanma, sıxılma, çaşma, karıxma, həyəcana-, təşvişə düşmə, xəcalət çəkmə feillərini özündə birləşdirən FOSLAMA kəlməsindəndir.
Eskizdə söhbət, hamama gətirdiyi dostundan gedir. Onun başına su tökən kişi qarşısındakı qadına deyir:
KELAP, FOSDANA O.
Yəni,
- O həm sudan qorxur, su sevən deyil;
həm də sizin yanınızda həyəcanlanır, utanır, sıxılır.
Başını yerə dikmiş yuyunan kişinin utandığı şəkildən apaydın hiss olunur.
_____________________________
Etrusklarda kütləvi intim səhnələrinə tez-tez rast gəlinir.
Görünür, qadınlı, kişili hamama da bir yerdə getmək adəti olub.
Tariyel Azerturk
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru