Türkiyədə 120 şagird qidadan zəhərləndi

27-11-2025, 07:28           
Türkiyədə 120 şagird qidadan zəhərləndi
Türkiyədə 120 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Bingöl vilayətinin Adaklı rayonunda baş verib.

Belə ki, buradakı regional internat orta məktəbi və şəhid Hikmət Saydan adına ibtidai məktəbində şagirdlərə verilən naharda ayran, toyuq və plovdan sonra bir sıra şagirdlərdə ürəkbulanma və halsızlıq müşahidə olunub.

Qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım briqadaları məktəblərə cəlb edilib.

İlkin məlumata görə, 120 şagird tədricən Adaklı və Kiğı Dövlət Xəstəxanalarına çatdırılıb. Onlardan 13-nün isə Bingöl Dövlət Xəstəxanasına göndərildiyi bildirilib.

Bingöl Valiliyi hadisə ilə bağlı həm hüquqi, həm də inzibati araşdırmalara başlanıldığını, qida nümunələrinin götürülərək laboratoriyaya göndərildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru