Türkmənistan kriptovalyuta hasilatını qanuniləşdirir

29-11-2025, 15:34           
Türkmənistan kriptovalyuta hasilatını qanuniləşdirir
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkədə kriptovalyuta hasliatını və kriptovalyuta mübadiləsi əməliyyatlarını 1 yanvar 2026-cı il tarixindən etibarən qanuniləşdirən "Virtual Aktivlər haqqında Qanun"u imzalayıb.

Bu barədə "Neytral Türkmənistan" məlumat yayıb.

Qanun virtual aktivlərin istifadəsi üçün hüquqi və təşkilati çərçivəni müəyyən edir, ölkə daxilində bu sahədə fəaliyyətləri tənzimləyir.

Qanun qiymətli kağızlara, valyutalara, elektron pullara, bank əmanətlərinə və ya qumar oyunlarına şamil edilmir.

Qanuna görə, hasilat fərdi sahibkarlar və hüquqi şəxslər - Türkmənistanın rezidentləri və ya qeyri-rezidentləri tərəfindən həyata keçirilə bilər. Bütün hasilatçılar Mərkəzi Bankda elektron formada məcburi dövlət qeydiyyatından keçməlidirlər. Sertifikat müddətsiz verilir.

Virtual aktiv xidməti təminatçıları (kripto birjaları) yalnız Türkmənistanda qeydiyyatdan keçmiş və tənzimləyici orqanın lisenziyası əsasında fəaliyyət göstərən hüquqi şəxslər ola bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru