Hindistanda Qaraqoyunlu hakimiyyəti - QÜTBŞAHLAR
26-12-2025, 16:54

Dehli türk sultanlığının süqutundan sonra Hindistanın Deqqan bölgəsində yaranan beş dövlətdən biri də Qolkonda Sultanlığı idi. Dövləti yaradan XVI əsrin əvvəllərində Azərbaycandan Hindistana köçən Qaraqoyunlu sülaləsinə mənsub bəzi ailələr oldu. Qolkonda Sultanlığının əsasını qoyan Sultanqulu Qütbşahın babası Pirqulu bəy Qara Yusifin oğlu Qara İsgəndərin oğlu idi. Nənəsi isə Qara Yusifin digər oğlu Cahanşahın qızı Xədicə bəyim idi. Yəni, Sultanqulu Qütbşah hər iki tərəfdən Qaraqoyunlu sülaləsinə mənsub idi. O, əvvəlcə Deqqanda Bəhməni sultanlığında xidmətə başlamış, bu dövlət süqut edincə öz yeni dövlətinin əsasını qoymuşdur. Bu dövlət Qolkonda Sultanlığı və ya Qütbşahlar dövləti adlanırdı. Dövlətin rəsmi dini şiə islam (cəfərilik) idi. Beləliklə, Azərbaycanda Baharlı dövlətini yaradan Qaraqoyunlu sülaləsi təxminən bir əsr sonra (1512-ci ildə) Hindistanda Qolkonda Sulranlığını yaratdı. Dövlətin paytaxtı əvvəlcə Qolkonda qalası, 1591-ci ildən sonra isə Heydədabad şəhəri oldu. Bu dövlətin varlığına 1687-ci ildə Hindistandakı digər türk dövləti olan Böyük Moğollar son qoydu.
Елбрус Вахидов
TEREF

