Yusif Balasaqunlu Türklərdə Əhli-Beyt (ə) sevgisini bu cür ifadə edir

29-12-2025, 12:54           
Yusif Balasaqunlu Türklərdə Əhli-Beyt (ə) sevgisini bu cür ifadə edir
- "Onlar əhli-beytdir. Bunları çox və ürəkdən sev!"
11-ci əsrdə qələmə alınmış "Kutatqu Bilig" əsəri, türk tarixi və mədəniyyətinin öyrənilməsi baxımından ən dəyərli mənbələrdən biri hesab olunur. İlk türk siyasətnamə tipli əsərdir.
Müəllifi Yusif Xas Hacib Balasaqunlu indiki, Qırğızıstan ərazisində Qaraxanlı dövlətində yaşamışdır. Bu əsərdə türklərin tarixi, mədəniyyəti, siyasət düşüncəsi haqqında qiymətli bilgilər vardır.
İlk İslam-türk şah əsərlərindən olan bu kitabda Yusif Xas Hacib türklər arasında Əhli-Beyt(ə) olan sevgi və hörməti belə ifadə edir:
“Xidmətçilərin və bəyin yaxınlarından başqa
Münasibətdə olacağın adamlar da var.
Bunlardan biri peyğəmbərin nəslidir.
Onlara hörmət etsən, dövlət və səadətə qovuşarsan.
Bunları çox və ürəkdən sev!
Onlara yaxşı bax və kömək elə.
Onlar əhli-beytdir, Peyğəmbərin qohum-qardaşıdırlar.
Ey qardaş, sən də onları Peyğəmbərin haqqı üçün sev!”
P.S. Xanım Zəhranın mübarək mövludu günü mübarək olun!
Yusif Xas Hacib Balasaqunlu, Kutadqu Bilig, s.292 /
Kənan Rövşənoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]