O, Qızılbaş ordusunun köməyi ilə öz düşmənini məğlub edib Hindistan qapılarını öz üzünə açdı.
24-12-2025, 07:54
«Humayun Şah Böyük səxavət və kəramət sahibi olan incə zövqlü bir Padşah idi. Kitabxana işinin zinət və rövnəqinə çox həvəsi var idi. Əbülqazi Sultan Hüseyn [Bayqara] Mirzədən sonra Çağatay padşahları arasında Humayun padşahdan xoştəb padşah az olubdur. Qardaşı Kamran Mirzə tərəfindən məğlub olub, mərhum Padşaha [Şah Təhmasib Səfəviyə] pənah apardı. Qızılbaş ordusunun köməyi ilə öz düşmənini məğlub edib Hindistan qapılarını öz üzünə açdı. Mülayim şeir təbinə malik idi. Türkcə yazdığı bu iki beyti çox məşhurdur: Nəzm: Qəriblik qəmindən möhnətü məlalım bar, Bu qəmdən ölümqə yetdim qərib halım bar, Vüsali-dövlətidən ayrılıb məni-məhzun, Tirinmənü bu tirinlikdən infialım bar.» Mənbə: Sadiq bəy Əfşar, «Məcməül-Xəvas» təzkirəsi, səhifə 23. 24 vahidibayev