TƏCİLİ! Liviya Baş Qərargah rəisinin olduğu təyyarə Türkiyədə qəzaya uğradı - VİDEO

24-12-2025, 00:16           
TƏCİLİ! Liviya Baş Qərargah rəisinin olduğu təyyarə Türkiyədə qəzaya uğradı - VİDEO
Türkiyə ərazisində Liviya Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində Ankaranın hava məkanı müvəqqəti olaraq bağlanıb.

Bildirilib ki, Falcon 50 biznes-jet təyyarəsi Ankaradakı Esenboğa aeroportundan havaya qalxaraq Tripoliyə yönəlmişdi. Təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib və dərhal paytaxtın hava məkanı bağlanıb. Yerli sakinlərin sözlərinə görə, qalxışdan dərhal sonra uzaqdan eşidilən boğulmuş partlayış səsi gəlib.

Təyyarədə ümumilikdə beş nəfər olub, onların arasında Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Haddad da vardı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]