Türkiyə DİN-dən əl-Həddadın qəzaya uğraması ilə bağlı AÇIQLAMA

24-12-2025, 08:47           
Türkiyə DİN-dən əl-Həddadın qəzaya uğraması ilə bağlı AÇIQLAMA
Bu axşam saat 20:10-da Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan, quyruq nömrəsi 9H-DFJ olan Falcon-50 tipli biznes jeti ilə saat 20:52 radələrində əlaqə kəsilib.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.

Məlumata görə, təyyarədən Haymana ətrafında təcili eniş barədə bildiriş daxil olub. Lakin bundan sonra hava gəmisi ilə yenidən əlaqə yaratmaq mümkün olmayıb.

Bildirilib ki, təyyarədə Liviyanın Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin olub.

Rəsmi qurumların araşdırması davam edir, əlavə məlumat gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]