TOMRİS KİROSUN BAŞINI AZƏRBAYCANDA KƏSİB, ORTA ASİYADA YOX.

29-12-2025, 07:04           
TOMRİS KİROSUN BAŞINI AZƏRBAYCANDA KƏSİB, ORTA ASİYADA YOX.
Tomrislə Kirosun -- Kirin ordusunun arasında böyük çay olduğunu Herodot da yazıb. O qeyd edir ki, Kir o çayı keçmək üçün körpülər saldırırdı. Düzdür Massagetlər Orta Asiyada da yaşayıb, amma onlar indiki Manqışlaq tərəfdə - Aral gölü ilə Xəzərin arasındakı ərazilərdə yaşayıblar. Xəritəyə baxın: Kiros ora getmək üçün hansı çayı keçməli idi? O yolda yox idi elə bir keçilməli çay. Sayhun, Çayhun, Amudərya, Sırdərya çayları qalır o biri tərəfdə.
Bu Massagetlər isə bu biri tərəfdə idi Quzey Azərbaycanda da yaşayırdılar, Dərbənddən Astaraya qədər yayılmışdılar və bəylikləri də var idi. Alban Dövləti yarananda -baxmayaraq ki, onların hər ikisi Türk idi- Massagetlər Albanlara tabe olmadılar. Kiros Tomrislə döyüşə bilmək üçün 2 böyük çay keçməli idi. Bir Qızılüzəni, bir də Arazı. Herodot yazır ki, o Araz çayını keçdi. Qaynaqda da bu ad var, sadəcə Herodot bu iki çayın hər ikisinə Araz deyir”.
Mətn Prof. Dr. Firudin Celilov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]