Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirildi

30-12-2025, 07:14           
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirildi
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılaşma çərçivəsində iki ölkə arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması barədə qərar qəbul edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri 2026-cı il yanvarın 1-dən etibarən ödənişsiz şəkildə elektron viza (e-viza) ala biləcəklər.

"Bu münasibətlə Türkiyə və Ermənistan iki ölkə arasında normallaşma prosesini heç bir ön şərt irəli sürmədən davam etdirmək öhdəliklərini bir daha təsdiqləyirlər",-deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]