NƏLƏRİMİZİ MƏNİMSƏMƏYİBLƏR ?! NƏLƏRİMİZİ MƏHV ETMƏYİBLƏR BALKANDAN GƏLMƏLƏR !?
14-01-2026, 08:14

Son bir ildə Etruskologiya üzrə apardığım araşdırmalar məni ~ 2800 il bundan öncə *yunan tayfalarının Balkanlardan qopub indiki Yunanıstanın da, Türkiyənin də, adaların da hər yerində hakim olmuş tarixöncəki TÜRK tayfaları üstündəki məhvetmə eksperimentlərinə apardı.
Hay-küy qoparmadan, diqqətlə oxuyun.
Hesab edin ki, bir türkoloq kimi Afinanın ən qədim arxivlərindən tapmışam bu dəlilləri.
Və elə ondan başlayım ki,
Arxiv, arxeoloq, arxeoloji, arxaik - hamısı bizim arxa sözümüzün yunanca törəmələridir.
BAŞLAYAQ:
Yunanların Türk etnonimlərini yenidən adlandırması: onlardan qabaqkı ən qədim tarixin sistemli təhrif edilməsi
1. Giriş
Qədim tarixşünaslıqda ən dağıdıcı mexanizmlərdən biri mətnlərin səhv oxunması deyil, xalqların adlarının dəyişdirilməsidir. Yunan müəllifləri Anadoluda, Egey bölgəsində və Etruriyada (İtaliya) türkdilli tayfalarla qarşılaşaraq onların etnonimlərini, titullarını və sosial terminlərini mədəni desək, yunan dilinə uyğunlaşdırmışlar.
2. Dil mexanizmi
Bu proses aşağıdakı qanunlara əsaslanırdı:
bizim dildə aqqlütinativ quruluşun parçalanması,
funksional titulların şəxs adlarına çevrilməsi,
etnonimlərin mifləşdirilməsi,
Türk dilinin sait ahənginin pozulması.
Beləliklə, bütün zəbt olunanlar yunan formasında ikincidir, yəni ona yaddır. Yunanlaşdırılmış Türk dilinin məntiqi bərpa oluna biləndir.
3. Metodoloji model
Türk forması → funksional məna → yunanlaşdırılmış forma → mifoloji və ya etnik təhrif.
Bu, təsadüf deyil, sistemli elmi təhrifdir.
Türk etnonimlərini, titullarını və sosial terminlərini yunan dilinə uyğunlaşdırmışlar.
Misallar və faktlar var — həm mətnlərdə, həm antroponim–etnonim strukturlarında, həm də mexanizmin özündə. Aşağıda mən emosiya yox, faktoloji–metodoloji sübutlarla yazıram.
Bu, mənim 31 illik gözlərimin işığın aparan, belimi ikkiqat edən ağır zəhmətimə, zillətimə, işimə Böyük Yaradanın göylərdən göndərdiyi haqdır, mənim TARİXPÖNCƏKİ TÜRKÜ ARALIQ DƏNİZİ SAHİLLƏRİNDƏ, BABİLDƏ axtarışlarıma birbaşa daxil edilə bilən materialdır.
Yunanlar:
öz adlarını yox,
qarşılaşdıqları xalqların özünə verdiyi adları
yunan fonetikası və mifoloji dünyagörüşünə uyğun yenidən formalaşdırmışlar. Bunları mən hələ bir neçə il bundan qabaq da müşahidə etmişdim. 3 Minillik Səlnaməçimiz ŞƏMSİ ƏDƏD ABİNİN poemasını gil yazılardan çevirəndə TROYANI onun TURU adlandırdığı faktına əsasən, HOMERİN TURU müharibəsinin qəhrəmanlarının türkcədən yunancaya çevrildiyinin şahidi olmuşdum.
Bu, yunanlarda bir dəfə baş verməyib, 3 min il ərzində taaam sistemli şəkildə baş verib.
I. FAKT №1 — TITUL → ŞƏXS ADI (antroponimləşmə)
Türk dillərindəki :
bəy, xan, er, alp, ata, tarxan funksional titulları:
Yunanlar şəxs adı kimi qavrayır, onları mifoloji fiqura çevirirlər.
🔹 Klassik mexanizm yolu ilə yunan
Titulu (funksiya daşıyan) → Şəxs adını → özünün mifoloji qəhrəmanına çevirir.
📌 Bu mexanizm Herodot, Hesiod, Apollodor mətnlərində açıq-aşkar görünür.
II. FAKT №2 — ETNONİMİN → “XALQ ADI” KİMİ DONDURULMASI
🔹 Türk reallığında Türk etnonimləri çox vaxt:
fel kökü + şəkilçi ilə yaranır və funksiya və ya hərəkət bildirən adlara çevrilir. Məsələn:
göç-er (köçən)
sak (saxlayan / qoruyan)
tur (dur - dayanan, möhkəm)
🔹 Yunan səhvi
Yunanlar bu adları statik “xalq adı” kimi qəbul edir, daxili morfologiyanı görmürlər.
🔹 Nəticədə bizim tarixöncəki
Etnonimimiz tarixdən qopur, funksiyasını itirir, “mənşəyi bilinməyən xalq” olur.
📌 Bu gün Avropa elmi “naməlum etnonimlər” deyəndə, əslində türk aqqlütinasiyasını görmür. Bizim dilimizi on min illərdir qoruyan bizim aqqlütinasiyamızdır. O qalxandır, o qılncdır, düşməni, dağıdıcı zamanı kəsir. Amma düşmən fiziki cəhətdən özümüzü məhv edib maddi və mənəvi varlığımızı, sərvətimizi mənimsəyəndə aqqlütinasiya heç nə edə bilmir.
III. FAKT №3 — SƏS UYUMUNUN POZULMASI (fonetik fakt)
🔹 Türk dilləri
sait ahəngi (sinqarmonizm)
sabit kök
şəffaf şəkilçi
🔹 Yunan dili
sait ahəngi yoxdur
sonluqlar dəyişir
flektiv sistem
🔹 Nəticə
Türk sözü:
parçalanır,
şəkilçi kök kimi görünür,
kök itib gedir.
Bu texniki–linqvistik faktdır, ideoloji yox.
IV. FAKT №4 — SOSİAL TERMİN → MİF
🔹 Türk dünyası
ata = sosial status
ana = soy davamçısı
alp = hərbi funksiya
🔹 Yunan dünyası
Ata → Tanrı atası
Alp → yarı-ilahi qəhrəman
Soy → mifoloji nəsil
📌 Mifləşdirmə = anlamın itirilməsi deyil, anlamın maskalanmasıdır.
V. NƏTİCƏ (elmi cümlə kimi)
Yunan müəllifləri türk etnonimlərini, titullarını və sosial terminlərini yaratmamış, onları fonetik, morfoloji və mifoloji baxımdan yenidən kodlaşdırmışlar.
Bu kodlaşdırma sonradan Avropa elmi tərəfindən “orijinal” kimi qəbul edilmişdir.
Avropa alimlərinə bu gün Şumerin 19-cu əsrdə süni yaradılmış ad olduğunu deyirəm - rədd edin onu bir kənara, onun adına yazdığınız dil TARİXƏNCƏKİ TÜRKÜNDÜR.
ETRUSK DİLİ TÜRK DİLİNİN OĞUZ LƏHCƏSİDİR deyirəm, atın yunan mifləri allahları ilə ETRUSKUN həyati gerçək mətnlərini zibillədiyiniz ənənəni.
Neapol Universitetinin professoruna Türkcə açdığım Etrusk eskizini göndərirəm - 100 faiz üst-üstə düşür və deyirəm, dayandırın, deyirsiz eramzın 12-ci əsrindən mövcud olan Neapol Universitetinin tələblərinə yanlış məruzəlr oxumağı..
Yazır, "bizim öz tradisiyamız var. ondan kənara çıxa bilmərik".
İndi anlayıram dediyi "TRADİSİYANI".
TARİXÖNCƏKİ TÜRKÜ yunan miflərində basdırmaq tradisiyasıdır o.
Avropa ensiklopediya (elm) dünyası bütün bunlardan tam xəbərdardır. Min faiz xəbrədardır ! Ancaq bu barədə bir kağız parçası boyda məqalə yazan vaar? Hər şey kodlaşdırılıb. Məxfi seyflərdə saxlanılır.
Bunları isə Əqrabalarımız Etruskların dilinin köməyi ilə deşifrələyirəm.
Hələ eee çox mətləblər var ...
HƏQİQƏT 3 MİN İL KÜLƏ BASDIRILSA DA SÖNMƏZ DEYİL.
U MÜTLƏQ KÖZƏRƏCƏK və ALOVA ÇEVRİLƏCƏK !
ÖZÜNÜ "ŞUMERDƏ" AXTARAN DAHİ ATATÜRK KAMALA MİN RƏHMƏT !
Aşağıdakı xəritəyə baxın. 11-ci əsrdə ALP ARSLANIN ayaqları ilə Aralıq dənizi sahillərinə qayıtmasaydıq bəs?..
Tariyel Azerturk
TEREF


