TUŞİNLƏR.

23-01-2026, 10:04           
TUŞİNLƏR.
"DAĞDAN EDƏNDƏN, DİNDƏN DÖNƏNDƏN, SONRADAN GÖRƏNDƏN ÖZÜNÜ QORU"
XALQ MƏSƏLİ
TUŞİNLƏR hal hazırda Gürcüstanın TUŞETİYA bölgəsində yaşayan və TUŞ adlanan etnik qrupdur.
TUŞİNLƏR Azərbaycanın şimal-qərb bölgəsinin xüsusən də (QAX RAYONU) İLİSU SULTANLIĞI və ÇAR-BALAKƏN azad camaatlığının siyasi həyatına dair hadisələrdə adı keçən etnik qruplardandır. Tarixin ayri-ayrı dövrlərində əvvəllər KAXETİYA çarlarına və sonralar da
ÇAR RUSİYASINA kazaklar kimi demək olar ki, əvəzsiz xidmət edən tuşinlər üçün həyat idealı yalnız öz yaşadıqları toplum içində qəhrəman lıq və şan şöhrətlə tanınmaq idi. Şan-şöhrət qazanmaq üçün hər çur cəsarət və fədakarlıq göstərmək tuşinlər arasında ən ali dəyər hesab olunurdu.Səyyahların yazdıqlarına görə tuşinlər döyüşlərdə öldürdükləri düşmənlərin sağ əlini kəsərək evlərinin qapılarına mıxlayırmışlar.
1624 cü ildə (QAX RAYONU) SARIBAŞ QALASININ mühasirəsi zamanı Gürcü qoşun adlanan dağı enərək kəndi yandıran və İLİSU SULTANI SARU ƏLİ BƏYİ qətlə yetirənlər də tuşinlər idi.
RUS hərb tarixçisi VASİLİ POTTO rusların ÇAR kəndinə yürüşü zamanı qaçib dərədə gizlənən qadınlar, qocalar və uşaqlardan ibarət kənd sakinlərini yalnız tuşinlərdən ibarət milisioner lərin tapdığını yazırdı.
" RUS komandanlığı həmin əhalinin toxunul mazlıgını təmin etmək istəsə də tuşinlər qısa zamanda hər kəsi qılıncdan keçirdilər.
"DƏRƏDƏ SANKİ QAN GÖLÜ VAR İDİ" deyə tarixçi yazırdı. Tarixcilərin ehtimallarına görə bu etnik qrup bir zamanlar MİDİYA ərazisindən URARTUYA köcmüş və daha sonra oradan da indiki yaşadıqları Gürcustanın AXMETA bölgə sində məskunlaşmışlar. AXMETA toponiminin anlamının isə HANQMATA (MİDİYANIN PAYTAXTI EKBATANA) və indiki HƏMƏDANLA eyni söz kökünə malik olduğu deyilir. Arxaik inanclara sitayiş edən tuşinlər (Tuşetiya Khoragan falciligi, cindarligi, copculiyu olan icma) xristianlığın qəbulundan sonra assimil yasiyaya uğrayıb gürcüləşsələr də zaman zaman gizli şəkildə köhnə inanclarına bağlı ayinləri icra etməkdəydilər.
ƏSASƏN qoyunçuluqla məşğul olan bu etnik qrupun adıyla ifadə olunan "TUŞETİ PENDİRİ" (QUDA), məşhur TUŞ qoyunu cinsi
Sovet hakimiyyəti illərində bölgəmizdə də mövcud idi.
SHAHMARDAN AHMEDLİ













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]