Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı — FOTO 24-01-2026, 15:54 Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru Ufuk Özkan üçün donor tapılıb.Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qardaşı Umut Özkanın açıqlamasında deyilir.Bildirilir ki, Ufuk Özkanın daha əvvəl birlikdə çalışdığı quruluşçu operator Salih Kıvırcık donor olub.Xatırladaq ki, 2023-cü ildə 50 yaşlı aktyora qaraciyər sirrozu diaqnozu qoyulub. Facebook-da paylaş