Ərdoğan xəbərdarlıq etdi: “Təxribatlar olacaq, ancaq Türkiyə…”

25-01-2026, 00:11           
Ərdoğan xəbərdarlıq etdi:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dünyada və regionda baş verən hadisələr qlobal sistemin dərin böhran yaşadığını göstərir.

TEREF xəbər verir ki, onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamı dağılmaqdadır və hüququn deyil, gücün üstün olduğu yeni mərhələyə keçid baş verir.

Ərdoğan qeyd edib ki, uzun zaman rahat şəraitdə yaşayan ölkələr indi Türkiyənin illərdir üzləşdiyi problemlərlə qarşılaşır. Davos Forumunda aparılan müzakirələr də mövcud qlobal sistemin ədalətsizliyini təsdiqləyib.

O, Suriya məsələsinə toxunaraq bildirib ki, Türkiyə 13,5 il ərzində məzlumları dəstəklədiyinə görə tənqid olunsa da, nəticədə zalım rejim devrilib. Hazırda Türkiyə ilə dost hökumət formalaşıb.

Ərdoğanın sözlərinə görə, Türkiyənin dəstəyi ilə Suriyada təhlükəsizlik və sabitlik bərpa olunur, terror təşkilatları sıxışdırılır, kürdlər isə hüquqları təmin olunan yeni Suriyanın bir hissəsinə çevrilir.

Prezident vurğulayıb ki, İŞİD-ə qarşı mübarizə daha təsirli aparılır, Hələb, Hama, Homs, Afrin və İdlib sakinləri Türkiyəyə dəstək göstərir. Onun fikrincə, Suriyanın şimalında separatçı terror təhlükəsinin aradan qaldırılması bütün region üçün faydalı olacaq.

Ərdoğan mümkün təxribatlar barədə xəbərdarlıq edib və Türkiyənin daxili və xarici siyasətdə atdığı bütün addımların diqqətlə hesablandığını bildirib./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]