Zülfiqar nə vaxt şirin pəncəsinə keçdi? - Şah İsmayılın dediyi, Qacar sikkəsində əks olunub

27-01-2026, 07:54           
Zülfiqar nə vaxt şirin pəncəsinə keçdi? - Şah İsmayılın dediyi, Qacar sikkəsində əks olunub
İranəsilli ABŞ tarixçisi Əfsanə Nəcmabadiyə görə, Qacarlar şir obrazına emblematik məna yükləyərək onu şiə imamı Həzrət Əlinin (ə) vizual metaforası kimi təqdim edirdilər. Çünki Əli (ə) “Allahın şiri” kimi qəbul olunurdu.
Onun qalibiyyət rəmzi olan silahı — Zülfiqar qılıncı — şirin pəncəsinə yerləşdirilmişdi. Lakin bu yenilik XIX əsrin əvvəllərinə aiddir və ilk dəfə Fətəli şah Qacarın hakimiyyəti dövründə ortaya çıxmış, sonradan isə İranın dövlət gerbində möhkəmlənmişdir.
Qacarlar dövrünün ilkin mərhələsində şirin pəncəsində qılınc təsvirinə rast gəlinmir. Bu dövrdə şir əsasən ya ayaqüstə, ya da oturaq vəziyyətdə təsvir olunurdu. Bununla belə, şirin imam Əli (ə) ilə əlaqəsi artıq XVIII əsrin sonlarından etibarən vizual diskursda möhkəm yer tutmuşdu.
Buna sübut olaraq Oksford Universitetinin Eşmolean Muzeyinin kolleksiyasında saxlanılan unikal ağır qızıl sikkəni göstərmək olar: sikkənin üzərində, şirin qarnının altında “Ya Əli” yazısı açıq şəkildə həkk olunmuşdur.
P.S. Beləliklə bu məna bir daha Qacar dövlətinin Qızılbaş dövlətinin0 davamı olmasının bariz göstəricisidir.
💬 Şah İsmayıl Səfəvi şeirlərinin birində günəş və ay rəmzlərini belə izah edir:
Xətai der: rəhm etməzəm yalana,
Özün təslim edər özü gələnə,
Ay Əlidir, Gün Muhəmməd bilənə,
Bax, nəzər eylə də, həmən arif ol.
Bu mənanın vizual nümunəsi də qacar sikkəsinin üzərindədi.
İstinad: "Turkish History and Culture in India", A.Peacock, Richard Piran McClary
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]