Tarixdən bilirik ki, Anadolu Türk tayfaları Şah İsmayıla hədsiz sevgi bəsləyib, güclü mənəvi-siyasi tellərlə bağlı olublar.

30-01-2026, 00:03           
Tarixdən bilirik ki, Anadolu Türk tayfaları Şah İsmayıla hədsiz sevgi bəsləyib, güclü mənəvi-siyasi tellərlə bağlı olublar.
Bir sıra tarixçilər bu sevgini ifrat adlandırıb, onun sirrini fanatizmdə axtarırlar. Halbuki sufi köklərinə malik Qızılbaş dünyagörüşünün xoşgörü, sevgi və tolerantlıq ənənəsi üzərində qurulduğu da tarixi faktdır.
Araşdırmalar bu iftiraların köklərinin Osmanlı sarayında müəyyən zaman kəsiyində bəzi qüvvələrin təlimatı ilə Anadolunun autentik Türk tayfalarına qarşı aparılan qarayaxma təbliğatına dayandığını göstərir.
Aşağıda tapdığımız nadir şeir, Anadolu türklərinin ulu ozanlarının piri, Bektaşi mistik şairi, Pir Sultan Abdala məxsusdur.
Şeirdə, yuxarıda qeyd etdiyimiz iftiralara dövrün Türk xalq ədəbiyyatının dili, yani Türk(mən) mental kodunu əks etdirən ənənə ilə cavab verilir. Elə Şahımıza türk xalqının sevgisinin sirri bu kodlardadır.
Oxuyuruq:
“Lānet olsun sana ey Yezid Pelid,
Kızılbasmı dersin deyin bakalım!
Biz ol asikleriniz ezel gününden,
Rāfızī mi dersin deyin bakalım.
Ey Yezid geçersen Sahın eline,
Zülfikarın çalar sənin beline.
Edeple girdik biz kırklar yoluna.
Kızılbaşmı dersin deyin bakalım.
Yuf etti erenler ey münkir boyu,
İftira ettiniz sizler de bize,
Muhammed sizleri tas ile eze,
Rāfızī mi dersin deyin bakalım.
Pir Sultan’ım edir lanet Yezid’e,
Müfteri yalancı yezidler boyu,
Đste er meydanı çıx meydan yüze,
Rāfızī mi dersin deyin bakalım.”
Şeirə istinad: Cahit Öztelli, “Pir Sultan’ın Hayatı ile ilgili Yeni Siirleri”, Türk Dili Dergisi, 34, 1954
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]