Avarların lideri Əmir Əliskəndinin Andi icmasına Qızılbaşlarla birləşməyə çağırışı
31-01-2026, 12:14

Bu sözlərdə çox maraqlı məqamlar var tariximiz üçün. Oxuyuruq:
"Əlbəttə, siz artıq eşitmisiniz ki, qızılbaş sultanı Baba Sərdar şah (Fətəli şah Qacar) və onunla birlikdə saysız-hesabsız döyüşçülər Gəncə və Şuşaya doğru irəliləyir. Qızılbaş qoşunlarının avanqardının gürcülərin bölgəsinə yaxınlaşdığını da eşitmisiniz.
Məhəmmədin dini ətrafında toplaşanlar qızılbaşlarla birlikdə hərəkət edərək, istər kafir ruslara, istərsə də gürcülərə qarşı cihada başlamalıdırlar. Siz (Andililər və onların qonşuları) bizimlə birlikdə evinizdən çıxın və bunu Şaban ayının əvvəlində edin. Uca Allahın izni ilə biz indi həm yer üzündə, həm də başqa məqsədlərimizə atlı və ya piyada olaraq nail ola bilərik.
Qolod icmasına gəlincə, onun üzvləri bizə lazımi qonaqpərvərlik, köməklik və nəcibliklərini göstərəcəklərini vəd etdilər. Siz (Andiyalılar və onların qonşuları), təyin olunmuş vaxta çatmaqda gecikməyin. Məsələ burasındadır ki, təyin olunmuş vaxt bizim üçün doğru andır”.
İstinad: Timur Aytberov & Şahban Xapizov “Pro-Qajar Elements in Dagestan (Early 19th Century)"/ vk.com/turkunsesi
P.S. Bu yazıda bizi maraqlandıran əsas cümlə budur - “Qızılbaş sultanı Fətəli şah Qacar gəlir, onlarla birləşib cihada başlamalıyıq”.
Gördüyünüz kimi Avarlar Qacar xanədanını və onun ordusunu Qızılbaş adlandırır, əslində bu təbiidir, çünki qızılbaş sözü bir sufi ordeni tərəfdarları anlamından daha geniş mənaya daşındı.
Digər tərəfdən bizə aşılanmış, Dağıstan xalqlarının qızılbaşlara/qacarlara nifrəti və daim bizə qarşı olmaları uydurması bir daha puç olur.
Həmin xalqlarla azərbaycanlılar arasında mənfi münasibət sovetlər dönəmində qabardıldı, "böl və hakim ol" prinsipinə uyğun olaraq.
Milli Kimlik
TEREF

