Müstəqil araşdırmaçıların açıqladığı rəqəmlər sarsıdıcıdır FOTO
5-02-2026, 10:14

Türkiyədə 10 minlərlə uşaq itir, amma hara yoxa çıxdıqları bilinmir. Müstəqil araşdırmaçıların açıqladığı rəqəmlər sarsıdıcıdır
İllərdir müxalifət hökumətdən itən uşaqların dəqiq statistikasını, siyahılarını tələb edir. Amma nə rəqəmlər açıqlanır, nə də adlar. Son zəlzələ zamanı yüzlərlə uşaq itib, nə məzarlardadırlar, nə xəstəxanalarda. Hökumət isə sadəcə “yalandır” deyir və mövzunu bağlayır
Bu hadisələr Avropada və ya Amerikada baş versəydi, insanlar küçələrə çıxar, arxivlərin açılmasını tələb edərdi. “Hanı bu uşaqlar?” sualı ölkəni silkələyərdi. Türkiyədə isə çoxları “dövlətin işinə qarışmaq olmaz” deyərək susur.

Epşteyn gündəmə gələndə, birdən itən uşaqlar məsələsi də xatırlandı və sosial şəbəkələrdə bir video yayıldı: guya uşaqları Amerika oğurlayır və Epşteynin adasına aparır. Video milyonlarla dəfə paylaşıldı. Halbuki həmin görüntü 2021-ci ildə Braziliyada çəkilib və uşağına işgəncə verən bir ataya aiddir. Nə Türkiyə ilə əlaqəsi var, nə də Epşteynlə.
Hazırda Epşteyn işi üzrə təxminən 3 milyon sənəd var. Onların böyük hissəsi yazışmalar, danışıq qeydləridir. Heçnə sübut edilməyib. Epşteyn məşhur milyarderd, hər kəslə yazışıb, foto çəkdirib.
Hazırda kimin kimdən xoşu gəlmirsə, adını o siyahıdan tapır ki, “bax, bu da siyahıdadır"
Ateistlər İslamı gözdən salmaq üçün “Kəbənin parçası” söhbətini paylaşır,
Respublikaçılar demokratları vurmaq üçün Klintonun adını çəkir,
Demokratlar respublikaçıları qaralamaq üçün Trampı önə atır.
Kimin kimdən zəhləsi gedirsə, onunla bağlı ən iyrənc iddianı dövriyyəyə buraxır ki, yenə təkrar edim, fayllarda ad keçməsi, kiminsə o adaya getməsi mütləq hər kəsin istismarda iştirak etməsi demək deyil.
İran tərəfdarları isə bu xaosdan xüsusi istifadə edir. Onlar Epşteyni sadəcə bir insan kimi yox, guya Amerikanın “qurucusu”, “sionizmin rəhbəri” kimi təqdim edərək deyirlər:
“Baxın, biz illərdir deyirdik: bu iyrənc, pedofil Qərb demokratiyasından uzaq durmaq lazımdır. Bunlar demokratiya adı altında pedofillik edən şeytanlardır. Ən düzü elə Xameneyi ağadır.”
Orxan Atabəy
TEREF

