Əgər 1915-ci ildə həqiqətən “erməni soyqırımı” baş vermiş olsaydı, cəmi 6 il sonra Ermənistanın Baş naziri Türkiyədən kömək istəməzdi.
5-02-2026, 16:14
Əgər 1915-ci ildə həqiqətən “erməni soyqırımı” baş vermiş olsaydı, cəmi 6 il sonra Ermənistanın Baş naziri Türkiyədən kömək istəməzdi. 1921-ci il martın 18-də, Ermənistan Respublikasının baş naziri Simon Vratsyan Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə teleqram göndərmişdi. Teleqramda deyilirdi: “Ermənistanın bolşeviklərə qarşı azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə, bizim inamımıza görə, təkcə Ermənistan üçün deyil, həm də bütün Yaxın Şərq xalqları üçün xidmət göstərir. Buna görə də Ermənistan ümid edir ki, bu mübarizəsində qonşularından yardım alacaq. Ən başlıcası, bu savaşda Ermənistanın qələbəsi və onun müstəqilliyi türk xalqı üçün həyati əhəmiyyət daşıyır. Xahiş edirik bizə bildirəsiniz, Böyük Millət Məclisinin rəhbərliyi bizə hərbi yardım göstərməyi mümkün hesab edirmi? Əgər bəli isə, bu yardımın miqdarı, forması və müddəti barədə məlumat verməyinizi rica edirik.” ▪️ Avetis Yapuçyan: “Fevral macərasını kim təşkil etdi və onun nəticələri nələr oldu?”, s. 92, Qahirə, 1969 Milli Kimlik TEREF