"Qatil", "Zalım", "Diktator" və "Tiran" Sisi-dən "Kardeşim Sisi"yədək

6-02-2026, 08:35           
"Qatil", "Zalım", "Diktator" və "Tiran" Sisi-dən "Kardeşim Sisi"yədək
2013-cü ildə Misirin Müdafiə Naziri Əbdülfəttah əs-Sisi hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdi.
Devrilən prezident Mürsini tərəfdarları etiraz aksiyalarında "Rabia" adlanan 4 barmaq işarəsini ucaltdılar.
Ərdoğan da devrilən Mürsiyə dəstək üçün bu simvolu görürüb 2013-cü ildən bəri hər yerdə nümayiş etdirməyə başladı.
Sisiyə ünvanlanan "Qatil", "Zalım", "Diktator" və "Tiran" ifadələri 10 il idi ki, Ərdoğanın dilindən düşmürdü.
"Ey Avropa, siz Sisi ilə görüşərək ikiüzlü olduğunuzu sübut etdiniz, mən onla görüşməm, eyni masaya oturmaram" deyən Ərdoğan, dünən "TOGG" avtomobilini də hədiyyə götürüb ikincə dəfə Misirə, Sisinin ayağına getdi.
İlk cümləsi isə bu oldu: "Qardaşım Sisi".
Niyə? Çünki reallıqlar dəyişdi. Sisi İsrail ilə strateji yaxınlıq quraraq regional gücünü artırdı.
Türkiyədə hər gün artan iqtisadi böhran isə Ərdoğanı daha "realist" olmağa məcbur etdi. Regionda hər gün daha təcrid edildiyini anlayır. BƏƏ və Səudiyyə Ərəbistanı ilə münasibətləri düzəltməyin yolu da Sisinin əlini sıxmaqdan keçir.
Ona görə də əvvəllər nə deyib-deyib, indi artıq "Kardeşim Sisi", "Dostum Trump" dövrüdür. "Sayın Netanyahu" ya qədər gedəcək bu söhbət.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru